Suriyanın şimalında məscid yaxınlığında partlayış törədilib, onlarla ölü və yaralı var
Suriyanın Hələb əyalətinin şimal-şərqində yerləşən əl-Bab şəhərində bir minalanmış maşın partladılıb. Onlarla ölən və yaralanan var.
SalamNews Anadolu-a istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.
Məlumata görə terror aktı “Osman Məscidi” yaxınlığında bir minalanmış maşının partladılması ilə həyata keçirilib.
Bu partlayış nəticəsində onlarla insan ölüb və yaralanıb.
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.
Qeyd edək ki, hücum Türkiyənin dəstək verdiyi Suriya silahlı müxalifətinin nəzarətində olan şəhərdə baş verib.