Suriyanın yeni XİN rəhbəri İranda rəsmi səfərdədir
Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın yeni Xarici İşlər naziri Fəysal Miqdad İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə rəsmi danışıqlar üçün Tehrana gəlib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Suriyanın yeni Xarici İşlər naziri Fəysal Miqdadın Tehrana səfər edəcəyini açıqlamışdı.
Xətibzadə Fəysal Miqdadın Tehrana səfəri çərçivəsində Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və digər yüksək vəzifəli şəxslərlə görüşəcəyini bildirmişdi.