Şuşada məndən soruşurdular ki, ”Nə edək?”, deyirdim “Qaçın!” – Ohanyan

Şuşada məndən soruşurdular ki, ”Nə edək?”, deyirdim “Qaçın!” – Ohanyan

Ermənistanın sabiq Müdafiə naziri, keçmiş Müdafiə Ordusu komandiri Seyran Ohanyan Şuşanın müdafiəsinə başçılıq etməsi xəbərlərini təkzib edib.

“Ölkə.Az” xəbər verir ki, Ohanyan orduda heç bir rəsmi fəaliyyət göstərmədiyini bildirib.

“Mənim ordudakılarla heç bir əlaqəm yox idi. Oraya könüllü gedərək hərbi əməliyyatlarla bağlı məsləhətlər, təkliflər verməyə çalışdım. Lakin sonradan mənim komandanlıqda heç bir haqqımın olmadığına qərar verdilər.

Düşmən Şuşaya yaxınlaşanda və biz 3 tərəfdən mühasirəyə alındığımız zaman mənlə birlikdə 16 nəfər var idi. Mən artıq yaşlıyam, fiziki durumum çox şeyə imkan vermir. İnsanlar yanımdan keçib gedəndə nə etməli olduqlarını soruşurdular. Onlara deyirdim ki, “Qaçın! Gedin”, – Ohanyan vurğulayıb.propress

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + four =