Şuşada nə qədər insan məskunlaşacaq? – RƏSMİ CAVAB

Şuşa şəhərində indiyədək 7 tarixi abidə bərpa olunub.
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, Şuşanın yeni Baş planı hazırlanıb, şəhərdə 20-25 min insanın məskunlaşması nəzərdə tutulur.
Aydın Kərimov qeyd edib ki, insanların məskunlaşması üçün 24 binanın tikintisi nəzərdə tutulur.
BAKU.WS