“Təbrizin sehrli nağılları”na qarşı “Fələstin” kitabı-İran rəsmiləri və elm xadimləri kampaniyaya başladı-Foto

“Təbrizin sehrli nağılları”na qarşı “Fələstin” kitabı-İran rəsmiləri və elm xadimləri kampaniyaya başladı-Foto

İran rəsmiləri İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehrli nağılları” kitabı ilə başladığlı trendə cavab verib. Təbrizdə bir sıra hökumət ziyalıları “Fələstin” kitabının təqdimatı üçün kampaniyaya başlayıblar. 

Bu barədə İran İslam Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan “Fars News” xəbər yayıb. 

Qeyd edək ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən fotosunu dərc edərək yazıb: “Bu yaxınlarda mənə təqdim olunan bu

möhtəşəm kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Dostlar, bu günlərdə nə oxuyursunuz?”

İranın Azərbaycandakı səfiri isə İsrail səfirinin tvitlərinə aqressiv və qeyri-diplomatik tonda cavab verib: “Bu səfir uşaqdır və uşaqcasına işlərlə məşğuldur, amma bilməlidir ki, harada nadinclik edir, fitnə çıxarır.”

İndi isə Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən adıçəkilən aksiyaya cavab olaraq kampaniyaya start verilib.

Kampaniya iştirakçıları İranın rəhbəri Əli Xameneyinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını dərc etməklə bu kitabı dünyaya və xüsusən də Qafqaz regionu xalqına tanıtdırırlar. “Fələstin” kitabını aşağıda sizə təqdim edirik. Möhtərəm oxucular kitabı buradan yükləyə bilər.

(Azad İran)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + nine =