Təhlükənin astanasında!-Video

Təhlükənin astanasında!-Video

Hacıqabul rayonunun Rəncbər kənd tam orta məktəbi 2012-ci ildə əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib. Bir müddətdən sonra 2017-ci ildə əsaslı təmirdən çıxan məktəbin divarlarında qalın çatlar əmələ gəlib. Məktəbdə apardığımız müşahidlərərdən aydın oldu ki, divarlardakı çatlar özülün zəif olması və yerdəyişməsindən əmələ gəlib. Yağış yağdıqca özül daha da zəifləyir.

500-dən çox şagirdin təhsil aldığı məktəb demək olar ki, təhlükə ilə üz –üzədir.

Yaranmış vəziyyətdən məktəbin müəllim kollektivi də və şagirdlər də narahatdılar.

Hacıqabuı Təhsil şöbəsinin əməkdaşı Loğman Səmədovun sözlərinə görə Rəncbər kənd tam orta məktəbi 1976-cı ildə birtipli layihə əsasında 824 nəfər şagird üçün tikilib.

Təhsil rəsmiləri deyir , tətil günlərində təmir məsələsinə yenidən baxılacaq. Nə deyirik gözləyək!

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 13 =