Təhlükəsizlik Şurasının fövqəladə iclasında Həniyyənin terroru pisləndi
İran, Əlcəzair, Çin və Rusiya nümayəndələri İranın tələbi ilə keçirilən Təhlükəsizlik Şurasının fövqəladə iclasında Həmas liderinin terror edilməsinə ciddi reaksiya verdiyi bir halda, ABŞ və İngiltərə isə müqavimət qruplarını hücumun səbəbkarı kimi göstərməyə çalışıblar.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası İsmayil Həniyyənin terrorundan sonra baş verənləri nəzərdən keçirərkən, baş katibinin müavini deyib: Beynəlxalq ictimaiyyət münaqişələrin yayılmasının qarşısını almaq üçün çalışmalıdır.
Rusiyanın TŞ nümayəndəsi Vasili Nebenzia İranın regional qarşıdurmaya gətirmək üçün səylərin davam etdiyini vurğulayaraq deyib: Biz Həniyyənin qətlini pisləyir, bu terraktın vasitəçilik və danışıqlara güclü zərbə vurduğuna inanırıq. Siyasi sui-qəsdlərin arxasında kim dayanırsa, bunun nəticələrinin region üçün nə qədər ağır olduğunu dərk etməlidir.
Nebenazia həmçinin vəziyyətin gərginləşməsi fonunda İranı regional qarşıdurmaya sürükləmək üçün səylərin olduğunu bir daha qeyd edib.
Eyni zamanda Britaniyanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Barbara Vudvord İsrailin işğalçı rejimini tam dəstəklədiyini qeyd edərək deyib: Biz İsrailin təhlükəsizliyinə zaminik və onun özünü müdafiə etmək hüququnu dəstəkləyirik.
ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsinin müavini Robert Vud iddia edib: İsrail Hizbullah və digərlərinin hücumlarına qarşı özünü müdafiə etmək hüququna malikdir. O, həmçinin Cövlandakı Məcdəl Şəmsdə baş verən hücuma görə Hizbullahın məsuliyyət daşıdığını iddia edib.