Təhsil Nazirliyi: Respublika fənn olimpiadalarına start verilib

Təhsil Nazirliyi: Respublika fənn olimpiadalarına start verilib

Bu gündən 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarına start verilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçirilir.

Qeyd edək ki, 11 fevralda fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevralda isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək. Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =