Təkamül tərsinə çevrilə bilər?

Təkamül tərsinə çevrilə bilər?

Publika.az xəbər verir ki, Merilend Universitetinin bioloqu Uilyam Cefferi bu suala cavab olaraq “Live Science”a bildirib ki, eyni lentin (təkamül dəyişikliyi – red.) eyni şəkildə tərsinə çevrilmə şansı çox azdır.

Məlumata görə, alimlərin araşdırmalarında təkamül prosesinin reqressiya zamanı öz addımlarını təkrarlamadığı qeyd olunur.

Bildirilir ki, mağara sakinləri də tez-tez qaranlıq mühitdə lazım olmayan gözlər kimi mürəkkəb xüsusiyyətlərini itirərək, zahirən reqressiv təkamülə məruz qalırlar. Ancaq məsələn, mağara balıqlarında gözlərin itirilməsi bu orqanlar olmadan ibtidai əcdadın dəqiq qayıdışı demək deyil.

Ontariodakı McMaster Universitetinin bioloqu Brayan Qoldinq isə “Live Science”a bildirib ki, təkamülün öz addımlarını təkrarlamamasının səbəblərindən biri də uyğunlaşmaların fərqli dəyişikliklərə gətirib çıxarmasıdır.

“Bu, sadəcə olaraq müəyyən bir dəyişikliyi ləğv etməyi olduqca çətinləşdirir”, – deyə o vurğulayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =