Təkfirçilərin Qarabağa köçürülməsi realdırmı?

Suriyanın keçid hökumətinin başçısı Bakıda olarkən həssas mövzular barədə müzakirə aparıb; yayılan şayiələrə görə təkfirçilərin Qarabağa köçürülməsi təklifi də masa üzərində olub.
Suriyanın keçid hökumətinin başçısı, Təhrir əş-Şam terror qruplaşmasının keçmiş komandanı Məhəmməd əl-Colani iyulun 12-də Bakıda rəsmi səfərdə olaraq Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılandı. Yayılan şayiələrə görə təkfirçilərin bölgəyə köçürülməsi bağlı qapılar arxasında əsas müzakirə predmeti olmuşdur.
Rəsmi məlumatlara əsasən, Qafqaz və Orta Asiyadan olan çoxlu sayda radikal fundamentalist və təkfirçi Suriyada məskunlaşıb; Onlar əsasən Türkiyə vasitəsilə Suriyaya ezam olunmuş Tacikistan, Özbəkistan, Azərbaycan Respublikası və Rusiya vətəndaşlarıdırlar.
İddiaya görə, Colaninin Bakıya səfəri zamanı bu ekstremistlərin Qarabağa köçürülməsi məsələsi gündəmə gətirilib; Çünki bu, hazırkı şəraitdə Colani üçün çox vacib olan bir məsələdir. Belə ki, o, təkfirçi qiyafədən çıxıb qalstuk taxan Colanini, eləcə də dünyəvilik həyat tərzini qəbul etməyən və həmçinin sionist rejim ilə normallaşmağa qarşı olan təkfirçilərdən xilas olmaq istəyir, ikincisi, çoxmillətli qüvvələrin Suriyadan çıxarılması üsyançı hökumətin problemlərinin yükünü azaldacaqdır; Ona görə də əgər bu məsələ reallaşarsa, Colani böyük nailiyyət qazanmış olacaqdır.
Sözü gedən iddiaya əsasən, təkfirçilərin bir hissəsi Ukrayna cəbhəsində fəal olacaq, başqa bir hissəsi isə Türkiyə tərəfindən Qarabağda və İranla sərhəd rayonlarda yerləşdiriləcək. Müşahidəçilər deyirlər ki, bu təhlükəli plan doğru olarsa, Cənubi Qafqaz regionunun təhlükəsizliyini və sabitliyini pozan son dərəcə təxribatçı bir hərəkətin şahidi olacağıq və yarana biləcək böhrana görə məsuliyyət birbaşa Türkiyə və Azərbaycan Respublikasının üzərinə düşəcəkdir.
Yeri gəlmişkən bildirək ki, təkfirçilik, İslamda ekstremist bir yanaşmadır. Bu ideologiyanın əsas daşıyıcıları ‘Əl-Qaidə’, ‘İŞİD’, ‘Cəbhət ən-Nüsrə’ kimi beynəlxalq terror təşkilatlarıdır. Bu qruplar keçmişdə Suriyada, İraqda, Əfqanıstanda və Afrikanın bəzi bölgələrində aktiv şəkildə fəaliyyət göstərmiş və böyük dağıntılara səbəb olmuşlar.
2020-ci il Qarabağ müharibəsi zamanı bəzi mənbələr Türkiyə və Azərbaycan tərəfindən Suriyadan təkfirçi döyüşçülərin gətirildiyi barədə iddialar irəli sürdülər. Lakin Azərbaycan rəsmiləri bu iddiaları təkzib edirlər.
Bununla belə təkfirçilərin bölgəyə gətirilməsi xəbəri doğru olarsa, nəzarətsiz terror ocaqlarının yarana bilməsi, Azərbaycan üçün beynəlxalq imic riski və sanksiyalar və Türkiyənin beynəlxalq münasibətlərdə mövqeyinə zərbə onun mümkün nəticələrindən olacaqdır.