Təl-Əvivə gələn Pentaqon şefi hava limanından çıxa bilmir

Təl-Əvivə gələn Pentaqon şefi hava limanından çıxa bilmir

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ müdafiə naziri kütləvi etirazlar səbəbindən “Ben Qurion” hava limanını tərk edə bilmir.

O, İsrailin baş naziri Benyamin Netanyahu və israilli həmkarı Yoav Qallantla hava limanında görüşəcək.

Təl-Əvivdə Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı etirazlar keçirilir. Nümayişçilər “Ben Qurion” hava limanına gedən magistral yolun girişlərini bağlayıblar. Eyni zamanda Netanyahu bu gün Romaya uçmalı idi. Hüquq-mühafizə orqanları etirazçıları dağıtmağa hazırlaşır. Etirazlar Hayfa və ölkənin digər şəhərlərində də keçirilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =