Təl-Əviv müharibə cinayətləri ilə bağlı Haaqanın istintaqına cavab vermir

Təl-Əviv müharibə cinayətləri ilə bağlı Haaqanın istintaqına cavab vermir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejimin Beynəlxalq Cinayət Məhkəməsinə cavab verməsi üçün verilən möhlətin bitməsinə on gündən az qalsa da, Təl-Əvivdə hələ bu mövzuda heç bir iclas keçirilməyib.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, Haaqa məhkəməsi prokuroru Fatou Bensoudanın hərbi cinayətlərin istintaqı ilə bağlı sionist rejiminə bir məktub göndərməsindən üç həftə ötməsinə baxmayaraq, sionist hakimiyyət orqanları buna qarşı heç bir tədbir görməyiblər.

Sionist rejimi Beynəlxalq Cəza Məhkəməsinin Roma Statutunun üzvü olmadığından bu günə qədər bu qurumla əməkdaşlıq etməkdən imtina edir.

Bu məhkəmə istintaqını qanunsuz hesab edən İsrail rəsmiləri, əsgərlərinin səhv etdikləri təqdirdə yerli məhkəmə orqanlarının bu məsələni həll edə biləcəyini iddia edir.

Bu arada, Beni Qantzın İsrail Ədliyyə Nazirliyinə müvəqqəti başçılığı da cümə axşamı başa çatıb və İsrail Xarici İşlər Nazirliyindəki bir mənbə bu məsələ ilə bağlı hələ heç bir mövqe tutulmadığını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + four =