Təl-Əviv yenidən etiraz aksiyaları keçirilir

Təl-Əviv yenidən etiraz aksiyaları keçirilir

Təl-Əvivdə minlərlə israilli yenidən hökumət əleyhinə mitinq keçirərək, məhkəmə islahatlarına etiraz edib.

Bu barədə APA “Times of Israel” qəzetinə istinadən xəbər verir.

Nümayişçilər bayraqlar qaldırır və hökuməti ölkəni parçalamaqda ittiham edən şüarlar səsləndirirlər.

Polis paytaxtın Kaplan küçəsini bağlamağa məcbur olub.

Nəşrin məlumatına görə, etiraz aksiyaları təkcə Təl-Əvivdə deyil, paytaxta ən yaxın olan Raanana, Kfar Saba və Hod HaŞaron şəhərlərində də keçirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =