Təl-Əvivə PUA ilə zərbə endirilib

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Təl-Əvivə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria deyib.
“Yəmən silahlı qüvvələri Tel-Əviv ərazisində İsrailin hədəflərinə üç PUA ilə hücum edərək əməliyyat həyata keçirib. PUA-lar hədəflərinə uğurla çatıb”, – husilərin “Al Masirah” telekanalında yayımlanan bəyanatında üsyançıların nümayəndəsi bildirib.