Təl-Əviv Livanla müharibəyə tab gətirə bilməz

Təl-Əviv Livanla müharibəyə tab gətirə bilməz

Sionist analitiklər İsrail rejiminin Livana qarşı müharibədə acizliyinə işarə edərək, bu rejim ordusunun Qəzza zolağında 8 aylıq müharibədən sonra aşınma, yorğunluq və ümidsizlikdən əziyyət çəkdiyini etiraf ediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, Rııyıl Yəvm qəzeti yazır: Sionist rejimin Livana qarşı genişmiqyaslı müharibəyə başlamaq təhdidləri bir çox analitiklər tərəfindən şübhə ilə qarşılanır.

Bu analitiklər beynəlxalq ictimaiyyətin Təl-Əvivin Livana qarşı genişmiqyaslı müharibəsini müşayiət etmədiyinə işarə edərək, həmçinin sionist ordusunun yorğunluğunu və süquta doğru getdiyini də etiraf ediblər.

Sionist analitik Amos Hariel deyib: Hizbullahla müharibə İsrail ordusunda olan qüsurları sınaqla qarşı-qarşıya qoyacaq və İsrailin şimal və mərkəzi şəhərləri əvvəlkindən daha geniş hücuma məruz qalacaq” Ordu səkkiz aylıq müharibədən sonra ciddi şəkildə zəifləyib, yorğun və ümidsizdir, çünki hərbi əməliyyatlar üçün hədəflər yoxdur.

Eyni zamanda “Haaretz”in sionist media analitiki “Uri Mesgaf” Livan və sionist rejim arasında müharibə cəbhəsindəki inkişaflara işarə edərək yazır: Herzi Halevinin mövqelərinə əhəmiyyət verməyin. Ordu növbəti müharibəyə hazır deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − five =