Təl-Əviv Qəzza zolağında uzunmüddətli mövcudluğu ilə ağır bədəl ödəyəcək

Təl-Əviv Qəzza zolağında uzunmüddətli mövcudluğu ilə ağır bədəl ödəyəcək

Sionist məsələləri üzrə ekspert baş nazir Benyamin Netanyahunun vəzifədə  qalmaq cəhdləri, Qəzza zolağında hərbi nəzarəti əldə etməyə çalışmasını bu rejimin ağır təhlükəsizlik, siyasi və iqtisadi bədəl ödəyəcəyinə dəlalət etdiyini deyib.

İRNA-nın verdiyi məlumata əsasən, ərəb əsilli ekspert İmad Əbu Avad bu gün (24 noyabr) Qəzza zolağındakı vəziyyətlə əlaqədar deyib: Netanyahunun Həmasın məğlubiyyəti ilə bağlı iddiaları sadəcə başqa planları həyata keçirmək üçün bir şüardır. Çünki o, bunu edə bilməyəcəyinə əmin olsa da soyqırımı davam etdirmək və Qəzza zolağını dağıtmaq üçün bu taktikadan istifadə edir. Netanyahu həmçinin kabinetinin çox ekstremal üzvlərinin rəyini qazanmağa da səy göstərir.

İmad Əbu Avad həmçinin vurğulayıb: Netanyahu Qəzza zolağında hərbi idarəçilik üçün platforma yaratmağa çalışır; İsrailin siyasi və təhlükəsizlik dairələrinin xəbərdarlıq etdiyi bu məsələ sionist rejim üçün ağır təhlükəsizlik, siyasi və iqtisadi bədəllər gətirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =