Təl-Əvivdə baş verən silahlı hücum nəticəsində 4 nəfər yaralanıb

Təl-Əvivdəki baş verən silahlı hücu nəticəsində 4 nəfər yaralanıb, polis hücumu terror aktı kimi qiymətləndirib.
APA xəbər verir ki, bu barədə “Times of Israel” tibb xidmətlərinə və hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Zərərçəkənlər arasında 24 və 28 yaşlı iki kişinin vəziyyəti orta-ağır, 24 və 59 yaşlı iki kişinin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, cinayətkar yerindəcə öldürülüb.