Təl-Əvivin müharibə naziri: Ordu tezliklə şimalda Livan sərhədində tədbirlər görəcək

Təl-Əvivin müharibə naziri: Ordu tezliklə şimalda Livan sərhədində tədbirlər görəcək

 Sionist rejimin müharibə naziri Yoav Qallant bazar ertəsi bildirib ki, bu rejimin ordusu hər gün Hizbullahla atışma yaşadığı Livanla sərhəddə tezliklə hərəkətə keçəcək.

İRNA-nın “Sky News Arabic” telekanalına istinadən verdiyi xəbərə görə, Qallant Qəzza sərhədi yaxınlığında yerləşən əsgərlərə deyib ki, qoşunlar tezliklə İsrailin şimalında (işğal olunmuş ərazilərdə) yerləşdirilmək üçün bölgəni tərk edəcəklər.

“Qüvvələr şimalda gücləndiriləcək” – deyə, o, qeyd edib.

Qallant bildirib: “Sizin qüvvələrinizin bir hissəsi (Qəzzadakı müharibə) meydanını tərk edib İsrailin şimalına gedəcək. Bu, qarşıdan gələnlərə hazırlaşmaq üçündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 4 =