Təqaüdçü Mossad rəsmisi: HTŞ İsraili problem deyil, həll yolu kimi görür
İsrailin Mossad kəşfiyyat agentliyinin təqaüdçü zabiti Mordechai Kedar Suriyadakı müxalif qruplara dəstək verilməli olduğunu müdafiə edib. HTŞ liderləri ilə ünsiyyətdə olduğunu bildirən Kedar, bu qrupların İsraili həll yolu olaraq gördüklərini iddia edib.
İsrailin casusluq agentliyi Mossad-ın təqaüdçü zabiti Mordechai Kedar ivrit dilli ToV kanalında canlı yayımda Dəməşqi ələ keçirən silahlı qruplar haqqında diqqətçəkən açıqlamalar verib .
Kedar HTŞ-nin aparıcı liderləri ilə əlaqə saxladığını və İsrailin devrilmiş Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən müxalifət qruplarına dəstək verməli olduğunu iddia edib.
Kedar canlı yayımda çıxışında müxalif qrupları “İsrailin dostu” adlandıraraq, “Əgər mən hakimiyyətdə olsaydım, İsrailin Əsəd rejiminə qarşı daha aktiv addımlar atmasını təmin edərdim” dedi.
Kedar bu qrupların İsraili həll yolu kimi gördüyünü və Əsəd hökumətinə bağlı İran və Hizbullah kimi qüvvələrdən qurtulmağı hədəflədiklərini bildirib.
Kedar, həmçinin “Həyat Təhrir əl-Şam”ın (HTŞ) aparıcı liderləri ilə əlaqə saxladığını bildirib və bu qrupların gələcəkdə İsraillə diplomatik əlaqələr qura biləcəyini iddia edib.
Kedar, “Onlar üçün İsrail problem deyil, həll yoludur. “Dəməşq və Beyrutda İsrail konsulluqlarının açılacağını düşünə bilərik.