Tərkibində narkotik maddə aşkarlandığı iddia olunan marmeladlar Azərbaycana da idxal edilib?

Tərkibində narkotik maddə aşkarlandığı iddia olunan marmeladlar Azərbaycana da idxal edilib?

Niderlandda “Haribo” marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı araşdırmalar aparılıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb:

“Uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur”.

Aqil Vəlili

Niderlandda məşhur “Haribo” marmeladlarında narkotik maddə – çətənə aşkar edilib.

Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə yerli hökumət orqanları məlumat verib.

Hadisə bir neçə nəfərin şirniyyat yedikdən sonra halının pisləşməsi ilə bağlı şikayətlərindən sonra ortaya çıxıb. Yoxlamalar nəticəsində şübhəli partiyada həqiqətən də narkotik tərkibli maddə tapılıb.

“Haribo” şirkəti məsələ ilə bağlı dərhal açıqlama verərək, şübhəli partiyanın satışdan geri çağırılacağını bildirib. Hazırda çətənənin məhsula necə və hansı şəraitdə düşdüyü araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =