Tərtərdə axundun avtomobili yararsız hala salındı – Video

Tərtərdə axundun avtomobili yararsız hala salındı – Video

Tərtər rayonunda axundun avtomobilinə ziyan vurulub.

Artıq maşına maddi zərər yetirən şəxs polis tərəfindən müəyyən edilib. O, bir neçə gün öncə müalicə olunduğu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından evə buraxılan 24 yaşlı rayon sakini M.H.dir. Həmin şəxs bu əməli törətməsini ona gələn “xüsusi vəhy”lə əlaqələndirib.

O iddia edib ki, vaxt gələcək hamı onun qarşısında baş əyib, ona təzim edəcək.

M.H. barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Axundla aralarında hər hansı ədavətin olmadığını bildirən şəxs yenidən həkim müşayiətilə müalicə edilməsi üçün Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + six =