Təyyarədə partlayış səsi eşidildi, 172 sərnişin… – VIDEO

Təyyarədə partlayış səsi eşidildi, 172 sərnişin… – VIDEO

Publika.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Con Ueyn hava limanında qorxu anlar yaşanıb. Atlantaya getmək üçün uçuş-enmə zolağında hərəkət edən “Delta” Hava Yollarına məxsus sərnişin təyyarəsində partlayış səsinin eşidildiyi, təyyarənin mühərrik hissəsindən alov və tüstü çıxdığı bildirilib. Bildirilir ki, pilot təyyarəni saxlayıb və sərnişinin sosial şəbəkədə paylaşdığı görüntüdə təyyarədən yüksələn qatı tüstü kameraya düşüb.

Bildirilib ki, yanğınsöndürmə briqadası yanğına müdaxilə edib və bütün sərnişinlər təxliyə edilib. Aviaşirkətdən verilən açıqlamada təyyarənin mühərrikində problem olduğu qeyd edilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =