Tacikistan Azərbaycana aviareys açmağa hazırlaşır

Tacikistan Azərbaycana aviareys açmağa hazırlaşır

Tacikistan iki xarici dövlətlə, Azərbaycan və Gürcüstanla birbaşa aviareyslər açmağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə Tacikistanın Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod Safarzoda mətbuat konfransında bildirib.

“Hazırda bu aviareyslərlə əlaqəli bəzi məsələlərin razılaşdırılması üçün görüşlər keçirilir”, – Safarzoda qeyd edib.

O həmçinin qeyd edib ki, Tbilisi ilə hava əlaqəsi bu ilin aprelində, Azərbaycanla isə may ayında açılacaq.

Hansı aviaşirkətlərin daşıyıcı kimi fəaliyyət göstərəcəyi, təyyarələrin nə vaxt uçacağı və biletlərin qiyməti hələlik məlum deyil.

Xatırladaq ki, bir müddət öncə “Somon Air” şirkətinin Baş direktoru Abdulkosim Valiyev Tacikistan və Çin arasında hava əlaqəsinin bərpa edildiyini bildirmişdi və koronavirus pandemiyası ilə əlaqədar üç illik fasilədən sonra ilk uçuş Düşənbə – Urumçi reysi ilə bu ayın 8-nə planlaşdırılıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + twelve =