Tacikistanda doqquz ay bağlı qaldıqdan sonra 4000 məscid və ibadət ocaqları yenidən açılır

Tacikistanda koronavirusun yayılmasının qarşısını almaq üçün 9 aydan çox müddətə bağlı qalan 4000 ibadət ocaqlarının qapıları yenidən ibadət edənlərin üzünə açıldı.
Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) verdiyi məlumata görə, Tacikistandakı məscidlər 9 aylıq fasilədən sonra dünən yenidən açılıb.
Tacikistanın Koronavirusla Mübarizə Qərargahı bu qərara ölkənin koronavirus epidemiyasının tədricən yaxşılaşması səbəb olduğunu söyləyib.
Bildirilir ki, Tacikistanda yüz minlərlə müsəlman və müxtəlif dinlərin və məzhəblərin davamçıları indi məscidlərdə və ibadət yerlərində öz ibadətlərini yerinə yetirə biləcəklər.
Prezident İmaməli Rəhman ölkəsində Covid-19 xəstəliyinin tam konrtrol edildiyini açıqlayaraq deyib: “Bu gün Allaha şükür edirik ki, Covid-19 xəstəliyi ölkəmizdə yanvar ayının əvvəlindən aradan gedib. Yəni Tacikistanda bu gün artıq Covid-19 mövcud deyildir.”