Tacikistanda minlərlə falçı və molla saxlanıldı

Tacikistanda minlərlə falçı və molla saxlanıldı

Tacikistanda 1,5 min cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, genişmiqyaslı basqın ritual və okkultizm ənənələrinin yayılmasına qarşı yönəlib.

Məlumata görə, Tacikistan Prezidenti İmaməli Rəhman ölkədə dini xurafatın getdikcə genişlənməsindən narahat olub.

Qeyd edək ki, Tacikistanda, o cümlədən paytaxt Düşənbədə falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hökumət təkcə onlarla deyil, həm də normal dini təhsili olmayan mollalarla da mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =