Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb
Tacikistanda prezident seçkilərində səsvermə başa çatıb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
Tacikistanın Seçki və Referendumlar üzrə Mərkəzi Komissiyasından bildirilib ki, respublikada səslərin sayılmasına başlanıb.
Qeyd edək ki, prezident seçkiləri çərçivəsində Tacikistanda 3 375 seçki məntəqəsi açılıb, daha 29 məntəqə xarici ölkələrdə təşkil edilib. Səsvermənin ilkin nəticələrini MSK oktyabrın 12-si keçiriləcək brifinqdə açıqlayacaq.