Tacikistanla İran viza rejiminin ləğvi ilə bağlı memorandum imzalayıblar

Tacikistanla İran viza rejiminin ləğvi ilə bağlı memorandum imzalayıblar

Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında memorandum imzalayıblar.

Bu barədə iki ölkənin prezidentləri Emoməli Rəhmon və İbrahim Rəisinin Düşənbədəki Millət Sarayında sənədə imza atıblar.

Tərəflər ilk dəfə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən ikitərəfli görüşdə bu barədə razılığa gəliblər.

Hazırda Tacikistandan İrana yalnız rəsmi və diplomatik pasport sahibləri vizasız gedə və orada bir aydan çox qala bilər.

Xatırladaq ki, bu gün Rəisi ikinci dəfə Düşənbəyə səfər edib. O, ilk dəfə 2021-ci ilin sentyabrında Tacikistana səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + one =