Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölən qırğızların sayı 62-yə çatıb

Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölən qırğızların sayı 62-yə çatıb

Tacikistanla sərhəd münaqişəsi zamanı Qırğızıstandan ölən sakinlərin sayı 62 nəfərə çatıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilir ki, zərərçəkənlər arasında 171 kişi və 19 qadın var. Bundan başqa, 13-ü uşaq olmaqla ümumilikdə 198 vətəndaş xəsarət alıb.

Xatırladaq ki, sentyabrın 16-da Qırğızıstan və Tacikistan sərhədinin mübahisəli hissəsində növbəti silahlı toqquşma baş verib. Bişkek və Düşənbə təxribatlarda bir-birlərini ittiham edirlər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + eleven =