Tacikistanla sərhəddə yaralananlara kompensasiya ödəniləcək – Japarov

Tacikistanla sərhəddə yaralananlara kompensasiya ödəniləcək – Japarov

Dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsindəki silahlı qarşıdurma nəticəsində yaralanan vətəndaşlara 50 ilə 100 min som arasında təzminat ödəniləcək.

“Kabar” agentliyinin məlumatına görə, bunu prezident Sadır Japarov Leylek bölgəsindəki hərbi şəhərciyin sakinləri ilə görüşü zamanı deyib.

Japarov ölənlərin ailələrinə 1 milyon som təzminat veriləcəyini və dağılmış evlərin hamısının pulsuz olaraq bərpa ediləcəyini açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, aidiyyəti olan bütün dövlət strukturlarına və yerli özünüidarə orqanlarına vaxtında təlimat verilib, prezident şəxsən onların fəaliyyətinin koordinasiyasına nəzarət edir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eleven =