Tailandda idman meydançasının damı uçub, 7 şagird ölüb

Tailandın Phiçit əyalətində yerləşən məktəbdə idman meydançasının damının uçması nəticəsində azı 7 şagird ölüb, 18-i yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
Faciə bazar ertəsi güclü küləklə müşayiət olunan leysan zamanı baş verib.
Təbii fəlakət əyalətdə bir neçə evin damının uçması ilə nəticələnib.
Report.az