Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var
Qətər paytaxtı Dohada aparılan əfqanıstandaxili danışıqlara baxmayaraq, Taliban hərəkatının silahlıları ölkənin beş əyalətində hücumlar həyata keçiriblər.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə yerli təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, Künduz, Uruzqan, Qəndəhar, Vərdək və Baqlan əyalətlərində Taliban tərəfindən hücumlar həyata keçirilib.
Hücumların bir qismi birbaşa olsa da bəzisi quraşdırılmış minalar və bombalarla partlayışların törədilməsi formasında həyata keçirilib.
Son sutkanın hücumlarında 12 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, Qətər paytaxtı Dohada ötən həftədən başlayan əfqanıstandaxili danışıqlara qısa fasilə verilib. Bu danışıqlar hələ nəticə verməyib.