Taliban Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələrinə hücum edib, 26 ölü var

Taliban hərəkatının Künduz əyalətində həyata keçirdiyi hücumlarda iki tərəfdən azı 26 nəfər ölüb.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Künduz əyalətinin yerli mənbələri məlumat veriblər.
Bildirilib ki, Taliban hərəkatı əyalətin Dəşt-Qala rayonunda təhlükəsizlik qüvvələrinin postuna hücuma edib.
İki fərqli yerdə həyata keçirilən hücumda 9 təhlükəsizlik qüvvəsi həyatını itirib.
Eyni zamanda Künduz Əyalətinin Polis İdarəsinin məlumatına görə ötən gecəki qarşıdurmalarda Talibanın 17 üzvü öldürülüb.
Taliban hələ bu hücumlara münasibət bildirməyib.
Qeyd edək ki, hazırda Dohada Talibanla hökumət arasında danışıqlar gedir.