Taliban daha iki əyaləti ələ keçirib

Taliban daha iki əyaləti ələ keçirib

Taliban hərəkatı Əfqanıstanda daha iki strateji şəhəri ələ keçirib.

Bu barədə Tolo News xəbər verir.

Məlumatda bildirilir ki, Taliban hərəkatı ölkənin şimalında yerləşən Künduz və Sərpol əyalətlərinin inzibati mərkəzlərini nəzarətə götürüb.

Həmçinin məlumatda vurğulanır ki, hərəkat Taxar əyalətinin inzibati mərkəzinə də bir neçə istiqamətdən hücuma başlayıblar. 

Qeyd edək ki, hökumət mənbələri hələlik bu barədə heç bir açıqlama verməyiblər.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 5 =