Taliban İŞİD sığınacağını hədəfə aldı

Taliban İŞİD sığınacağını hədəfə aldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Nəngərhar əyalətinin mərkəzi Cəlalabadın Kabil Ade bölgəsində Talibanın İŞİD qruplaşmasının sığınacağına hücumu nəticəsində iki İŞİD üzvü öldürülüb, daha biri isə həbs olunub.

Məlumata görə, bu əməliyyatda 2 kamikadze jileti, 300 kq partlayıcı maddə, bir ədəd 3 təkərli avtomobil və çoxlu sayda yüngül silah və maqnit bombası aşkar edilib.

Bundan əvvəl Talibanın Nəngərhardakı qubernatoru Molla Nida Məhəmməd Əfqanıstanın azadlığından sonra Talibanın İŞİD-in gizli üzvlərinin axtarışına başladığını və onlarla terrorçunun həbs edildiyini bildirmişdi.

Taliban həmçinin qeyd edib ki, hazırda Əfqanıstanın heç bir yerində ciddi təhlükəsizlik problemi yoxdur. Ölkə ərazisinin 70%-də İŞİD-in sığınacaqları tamamilə məhv edilib, digər 30%-də isə fəaliyyətləri zəifləməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =