“Taliban” rəsmisi Pəncşirdə baş verənlərə toxundu

“Taliban” rəsmisi Pəncşirdə baş verənlərə toxundu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Taliban sözçüsü Zəbihullah Mücahid, Pəncşir qüvvələri ilə danışıqlarda irəliləyiş olduğunu və müharibənin önlənəcəyinə ümid etdiyini söyləyib.

O, deyib: “Pəncşir məsələsi hazırda müzakirə mərhələsindədir. Bu gün bir neçə mesaj aldıq. Ümid edirik ki, müharibə olmayacaq və bu məsələ qarşılıqlı anlaşma yolu ilə həll olunacaqdır.”

Bir mənbənin Sputnik -ə verdiyi məlumata görə, danışıqlar hər iki tərəfin tələblərindən çox fərqlidir.

Talibanın Pəncşir məsələsinin sülh yolu ilə həllində israrlı olmasının ardından, Taliban nümayəndə heyəti keçən həftə yerli anti-Taliban qüvvələrinin komandanı Əhməd Məsudla görüşmək üçün bu əyalətə gedib.

Taliban mədəni komissiyasının üzvü Ənamullah Səmənqani bu heyətin ezam olunması ilə bağlı deyib ki, onların Əhməd Məsud və Pəncşir məsələsində iştirak edən digər şəxslərlə görüşmələri planlaşdırılıb. Pəncşir məsələsinin sülh yolu ilə həll edilməsi üçün səylər göstərilir.

Əhməd Məsud bundan öncə Əfqanıstanda bütün etnik qrupları özündə birləşdirən bir hökumət qurmaq istədiyində olduğunu və Taliban Pəncşiri işğal etmək üçün hücum edərsə müqavimət göstəriləcəyini vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 15 =