Taliban rəsmisi yeni hökumətdən danışdı

Taliban rəsmisi yeni hökumətdən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Moskvada olan Taliban nümayəndə heyətinin sözçüsü Şahabuddin Dilavər, bir mətbuat konfransında, Talibanın Əfqanıstanın 85%-inə nəzarət etdiyini iddia edərək, yalnız Kabil və ətraf bölgələrin Talibanın nəzarətində olmadığını söyləyib.

“Russia Today”-in verdiyi məlumata görə, o, Talibanın nəzarətində olan bölgələrdəki bütün qurum və şöbələrin normal fəaliyyət göstərməyə davam etdiyini və Rusiyaya səfərinin məqsədinin özü barədə Moskva rəhbərliyinə məlumat vermək olduğunu bildirib.

Delavər belə əlavə edib: “Xalqımız İslam Əmirliyinin sayəsində daha yaxşı yaşayacaq və hər bir xarici işğala qarşı müqavimət göstərəcəkdir. Bu mübarizə ABŞ və digər millətlər bizim öz müqəddəratımızı təyin etmə haqqımızı tanıyana qədər davam edəcəkdir. 20 ildir ki, vəhşicəsinə işğala məruz qalmışıq. Bütün xarici qruplar Əfqanıstandan getməlidir.”

O, həmçinin bütün qrupların, millətlərin və məzhəblərin nümayəndələrinin “İslam Əmirliyi” hökumətində iştirak edəcəyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 14 =