“Taliban” terrorçularından Əfqanıstanda qanlı hücum
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, “Taliban” terrorçuları Əfqanıstanın şimalında Qunduz əyalətində hüquq-mühafizə əməkdaşlarına hücum ediblər.
Bu barədə əyalət şurasının başçısı Məhəmməd Yusif Əyyubi bildirib.
Onun sözlərinə görə, terrorçular İmam Sahib rayonunda yerləşən İstaminq yaşayış məntəqəsindəki hərbi blokposta hücum ediblər.
Nəticədə 10 hüquq-mühafizə əməkdaşı həyatını itirib, 3-ü isə yaralanıb.