“Taliban”a qarşı partizan hərəkatı başladı
Əfqanıstan Milli Müqavimət cəbhəsi “Taliban”a qarşı partizan müharibəsi elan edib.
Lent.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Sibqatulla Əhmədi bəyanat yayıb.
Məlumata görə, dünən gecə partizanlar Kabil ətrafındakı postlara hücum ediblər.
Bundan başqa, ölkənin digər vilayətlərində də “Taliban” qüvvələrinə qarşı müqavimət başlayıb. Partizanlar əsasən Pəncşəhr, Bağlan, Tahar, Qunduz və Bəlx vilayətlərində daha fəaldırlar.
Lent.az