Talibanın Nimruz əyaləti üzrə “valisi” öldürülüb
Talibanın Nimruz üzrə “valisi” Abid Mövləvi öldürülüb.
Əfqanıstan ordusu ölkənin cənub-qərbindəki Nimruz vilayətində “Taliban” hərəkatının “kölgə qubernatoru” sayılan Abid Mövləvini zərərsizləşdirdiyini bildirib.
Əfqanıstan Ordusunun 215-ci Korpusunun “Tvitter”də verdiyi məlumata görə, Mövləvi 275 terrorçu ilə birlikdə Hərbi Hava Qüvvələrinin əməliyyatında ölüb.
Öz növbəsində “Taliban” sözçüsü Qari Yusuf Əhmədi bu məlumatı təkzib edib.
Qeyd edək ki, dünən Nimruz vilayətinin paytaxtı Zərənc şəhəri “Taliban” tərəfindən ələ keçirilib. Bu gün isə Cövzcan əyalətinin inzibati mərkəzi hərəkatın nəzarətinə keçib.
Salamnews