Tanzaniyada mətni oxuya bilməyən nazir müavini işdən qovuldu

Tanzaniyada mətni oxuya bilməyən nazir müavini işdən qovuldu

Tanzaniyada mədən nazirinin müavini vəzifəsinə gətirilən deputat Fransis Ndulan, andın mətnini oxuya bilmədiyinə görə, vəzifəsindən azad edilib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Tanzaniyada yeni elan olunan kabinet üzvləri, prezident Con Maqufulinin iştirakı ilə paytaxt Dodomada and içiblər. Mədən nazirinin müavini təyin olunan Kilvanın deputatı Fransis Ndulan, səhnədə Maqufulinin qarşısında andın mətnini dəfələrlə oxumağa çalışıb, amma bunu edə bilməyib.

Prezident Maqufuli, mətni oxuya bilmədikdən sonra Ndulanın oturmasını istəyib.

Mərasimdən sonra Maqufuli bütün namizədlərin vəzifələrini təyin olunmadan əvvəl nəzərdən keçirdiyini, lakin Ndulanın baş verənlərdən sonra dəyişdiriləcəyini deyərək, belə danışıb: “Bu vəzifəni düzgün and içə bilən birinə verəcəyəm”.

Tanzaniya xalqı 28 oktyabrda prezident və parlament seçkilərinə səs verib, hakim İnqilab Partiyası (CCM) seçkilərdə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =