Taylandda fil marketə girdi: Rəflərdəki düyü və krakerləri yedi!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Taylandın Pak Chong bölgəsində qeyri-adi hadisə baş verib. Plai Biang Lek adlı vəhşi fil yerli marketə girərək raflardakı düyü və krakerləri yeməyə başlayıb.Hadisə mağaza sahibini və müştəriləri təəccübləndirib. Görüntülərdə filin sakit şəkildə içəri girdiyi, başını tavana toxundurduğu və raflardan yemək götürdüyü görünür. Daha sonra o, mağazanı tərk edib.
Bu insident Taylandda vəhşi heyvanların yaşayış məntəqələrinə daxil olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Khao Yai Milli Parkı yaxınlığında yerləşən bu bölgədə filin insanlarla qarşılaşması nadir hal deyil.