Taylandda turistə pələng hücumu: Foto çəkmək istədi, faciə ilə üzləşdi! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Taylandın məşhur Phuket Tiger Kingdom parkında baş verən hadisə böyük narahatlıq yaradıb. Bir turist pələnglə foto çəkmək istəyərkən vəhşi heyvan qəfildən ona hücum edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
Məlumata görə, turist pələngin yanında diz çökərək şəkil çəkməyə çalışıb. Bu zaman heyvan qəfildən aqressivləşib və ona hücum edib. Görüntülərdə pələngin turistə hücum etdiyi, ətrafdakı insanların isə panikaya düşdüyü görünür. Hadisə zamanı turist yüngül xəsarətlər alıb və sağ qalıb.