Tayvan gərginliyi artır: Çin və ABŞ qarşıdurmaya gedir

Tayvan gərginliyi artır: Çin və ABŞ qarşıdurmaya gedir

Publika.az xəbər berir ki, tərəflər G-20 sammiti zamanı bu məsələni yenidən müzakirə ediblər.

Çinin xarici işlər naziri Vanq Yi dövlət katibi Entoni Blinkendən tələb edib ki, Vaşinqton Pekinə böhtan atmağı dayandırmalı və birtərəfli sanksiyaları ləğv etməlidir.

“ABŞ ölkəmizin siyasi sistemi, daxili və xarici siyasətimizlə bağlı böhtan atmağı dayandırmalı, Çin məhsullarına və şirkətlərinə qarşı birtərəfli sanksiyaları ləğv etməlidir”, – V.Yi deyib.

Əlavə edib ki, Tayvanda separatizmin dəstəklənməsinə də son qoymalıdır.

Blinken isə Çini insan haqlarına hörmət etməyə, Tayvanın hüquqlarını pozmamağa çağırıb. Bildirib ki, Tayvana qarşı istənilən aqressiv siyasətə cavab verəcəklər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − two =