Tbilisidə Gürcüstan və Portuqaliyanın müdafiə nazirləri görüşüb

Tbilisidə Gürcüstan və Portuqaliyanın müdafiə nazirləri görüşüb

Tbilisidə səfərdə olan Portuqaliyanın müdafiə naziri Helena Karreiras gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizlik məsələlərini, cari məsələləri, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər iki ölkənin müdafiə nazirlikləri arasında qarşlıqlı əməkdaşlığa dair sənədi imzalayıblar. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsində razılaşıblar.

Məlumatda qeyd olunub ki, bu səfər Portuqalliya müdafiə nazirinin müstəqillik tarixində Gürcüstana ilk səfəridr.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =