Tehran “3+3” formatlı müzakirəyə ev sahibliyi edəcək
Bu gün Tehranda Azərbaycan Respublikası, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək.
Bunu Azərbaycan Respublikasının “Trend” İnformasiya Agentliyi verib.
“3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirlərinin iştirak edəcəyi deyilir.
Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun oktyabrın 23-də Tehranda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
Digər bir mənbəyə əsasən, Gürcüstan bu görüşdə iştirak etməyək.
Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib.