Tehran vilayəti valisinin təhlükəsizlik məsələləri üzrə müavini : Təhlükəsizlik problemi yoxdur

Tehran vilayəti valisinin təhlükəsizlik məsələləri üzrə müavini : Təhlükəsizlik problemi yoxdur

“Tehranın qərbində “Azmayeş” şəhərciyinin yaxınlığında yerləşən mərkəzlərdən birinin sistemində nöqsan yaranıb.Bu məsələ həyəcan siqnalının işə düşməsi ilə nəticələnib. Bir neçə dəqiqə sonra həyəcan siqnalı söndürülüb.” 

Bunu Tehran vilayəti valisinin təhlükəsizlik məsələləri üzrə müavini Həmidrza Qudərzi  deyib.  O bildirib ki, təhlükəsizlik problem yoxdur və insanlar narahat olmasınlar.  Eyni zamanda, Tehran vilayətinin fövqəladə hallar departamentinin rəhbəri Mənsur Daracati bildirib ki, həyacan siqnalı güclü yağışdan sonra suyun sistemə daxil olması səbəbindən işə düşüb. Qeyd edək ki, ötən gecə həmçinin İstanbul-Tehran reysi ilə uçan təyyarə hava şəraiti uyğun olmadığına görə, Bakı istiqamətində yola düşüb. Pilot havanın normallaşmasından sonra Tehrana uçacağını bildirib.

MAİDE.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 3 =