Tehranda İran–Rusiya–Çin üçtərəfli diplomatik görüşü keçiriləcək

Tehranda İran–Rusiya–Çin üçtərəfli diplomatik görüşü keçiriləcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli üçtərəfli diplomatik görüş keçiriləcək. Görüş xarici siyasət idarələrinin direktorları səviyyəsində baş tutacaq.

Görüşün əsas məqsədi İranın nüvə proqramı çərçivəsində beynəlxalq öhdəliklərinin icrasını müzakirə etmək və “məcburi mexanizm”in — yəni sanksiyaların avtomatik şəkildə yenidən tətbiq olunmasını nəzərdə tutan snapback prosedurunun mümkün aktivləşdirilməsini gündəmə gətirməkdir.

Diplomatik təşəbbüsün məqsədi həm də bölgədə sabitliyin qorunması və nüvə sazişinə dair yeni mərhələyə keçidi təmin etməkdir. Görüşün nəticələri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − two =