Tehranda Rəisi-Putin-Ərdoğan üçtərəfli görüşünün əhəmiyyəti

Tehranda Rəisi-Putin-Ərdoğan üçtərəfli görüşünün əhəmiyyəti

Fransa xəbər agentliyi İran, Rusiya və Türkiyə prezidentlərinin mühüm Tehran görüşünə toxunaraq yazıb ki, bu üç ölkə regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün bu görüşdə Suriya ilə bağlı fikirlərini koordinasiya etməyi planlaşdırır.

AFP İran, Rusiya və Türkiyə prezidentlərinin Ayətullah Seyid İbrahim Rəisinin ev sahibliyi ilə Tehranda çərşənbə axşamı keçirilməsi planlaşdırılan mühüm üçtərəfli görüşü barədə məlumat yayıb.

Bu xəbərə görə, Ukraynada müharibə davam edərkən, Rusiya prezidenti Vladimir Putin iranlı və türkiyəli həmkarları ilə Suriya böhranını müzakirə etmək üçün sabah Tehrana gedəcək.

Tehran, Moskva və Ankara Suriyada 11 ildir davam edən böhranın həlli üçün ötən illər ərzində Astana sülh prosesinin bir hissəsi olaraq bir-biri ilə görüşüb və məsləhətləşiblər.

Hər üç ölkənin Suriyada maraqları var. İran və Rusiya qanuni Dəməşq hökumətini dəstəkləyir və Türkiyə Bəşər Əsədin əleyhdarlarından biridir.

AFP bu girişlə əlavə edib ki, çərşənbə axşamı günü keçiriləcək görüş Türkiyə hökuməti və prezident Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimal bölgələrində xüsusi hərbi əməliyyat keçirməyə hazırlaşdığı üçün vacibdir.

Bu görüşə ev sahibliyi edən İran hökuməti daha əvvəl bu əməliyyatın başlaması ilə bağlı hər hansı bir gərginlik və Suriyada qeyri-sabitliyin artması ilə bağlı xəbərdarlıq etmişdi.

Məlumata görə, çərşənbə axşamı günü keçiriləcək görüş həm də Ərdoğana Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Rusiya prezidenti ilə ilk təkbətək görüşünü keçirməyə imkan verəcək.

Türkiyə prezidenti daha əvvəl Ukraynada müharibə başlayandan bəri qlobal gərginliyin həllinə kömək etmək üçün Putinlə görüş istəyib.

Türkiyə Prezident Administrasiyası bazar günü elan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah və o biri gün Tehrana ikigünlük səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək niyyətindədir.

Rusiyalı analitik “Vladimir Sutinkov AFP-yə deyib ki, çərşənbə axşamı Tehranda keçirilən görüş təsadüfi deyil və planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − three =