Tel-Əviv əməliyyatçısının atası: Qarşıdakı illərdə qələbənin şahidi olacağıq

Tel-Əviv əməliyyatçısının atası fələstinliləri birliyə çağırıb və yaxın illərdə Fələstinin qələbəsi və azadlığının şahidi olacaqlarını vurğulayıb.
“Fələstin Əl-Yəvm” internet saytının məlumatına görə, 17 sionistin öldürülməsi və yaralanması ilə nəticələnən Tel-Əviv əməliyyatının icraçısı, şəhid Rəd Hazimin atası Fəthi Hazim Cənin şəhərinin sakinləri ilə söhbətində deyib:
Sizin nəsliniz və yaşıdlarınız gələcək illərdə qələbəni görəcək. Gözləriniz dəyişikliyin şahidi olacaq və biz azadlığa, müstəqilliyə və qələbəyə nail olacağıq.
O, Fələstin üçün fədakarlıq edən və işğalçıların Fələstin xalqına qarşı sanksiya təhdidlərinə məhəl qoymayan oğlu Rədlə fəxr etdiyini bildirib.
Şəhid Rəd Hazemin atası da xalqı birliyə çağırıb və deyib: “Azadlığın şahidi olacaqsınız və bu gün gördüyümüz odur ki, Cənin düşərgəsi Fələstinin, Fələstin isə bütün ərəb ümmətinin başıdır. Biz səibr və dözümə səsləyirik.”