Tel-Əviv beynəlxalq nifrətdən vahimədədir

Tel-Əviv beynəlxalq nifrətdən vahimədədir

Sionist rejim ordusunun müştərək qərargahının rəhbəri Avi Koxavi çərşənbə axşamı gecəsi Tül-Əvivin qorxu və panikasına işarə edərək, rejim ordusunun 6 cəbhədə gecə-gündüz fəaliyyət göstərdiyini bildirib.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Koxavi bu 6 cəbhənin Livan, Suriya, İordan çayının qərb sahili, Qəzzə və İran olduğunu iddia edib.

O deyib: İsrail ordusu güc tətbiq edir və sərhədlər daxilində əməliyyatlarını davam etdirir.

Koxavi iddia edib: Bundan əlavə, İsrail ordusu qüvvələrini qurur, imkanlarını artırır və hər gün daha da təkmilləşir.

Qəzzədə üç günlük müharibədə “İslami Cihad” hərəkatına məğlubiyyətindən sonra sionist rejim hazırda şimal sərhədlərində Livan Hizbullahı ilə qarşıdurmadan çox narahatdır. Tel-Əviv dəfələrlə bəyan edib ki, Hizbullahın hərbi gücü İslami Cihad hərəkatından bir neçə dəfə çoxdur.

Hizbullah İsrail rejimini Kariş birgə neft-qaz yatağında hər hansı fəaliyyətə qarşı dəfələrlə xəbərdar edib. İyulun əvvəlində İsrail ordusu Hizbullahın öz əməliyyat sahəsinə göndərdiyi silahsız pilotsuz təyyarəni ələ keçirdiyini açıqlamışdı.

Aparteid rejiminin müharibə naziri Benny Gantz avqustun 22-də Hizbullahın Karişə hücumunun bu rejimlə Livan Hizbullahı arasında yeni müharibəyə səbəb ola biləcəyini söylədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 10 =